AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırmaqdan, ölkənizə və onun vətəndaşlarına xoş güzəran arzulamaqdan məmnunam.
Zati-aliləri, xahiş edirəm, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olasınız.
Stepan Mesiç
Xorvatiya Respublikasının Prezidenti