AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydəroviç,
Azərbaycanın milli bayramı - Respublika gününün ildönümü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Bu gün uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada yüksək nüfuz qazanmışdır, dövlətdə böyük iqtisadi layihələr həyata keçirilir, Azərbaycan xalqının rifah səviyyəsi artır.
Xalqlarımız arasında dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əminlik ifadə etmək istərdim ki, ikitərəfli münasibətlər bundan sonra da qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəklər.
Hörmətli İlham Heydəroviç, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Viktor Yuşşenko
Ukrayna Prezidenti