AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydəroviç,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə öz səmimi təbriklərimi Sizə və Sizin simanızda dost Azərbaycan xalqına göndərirəm.
Ölkələrimiz arasında bərabərlik, etimad, qarşılıqlı hörmət və ikitərəfli fayda prinsiplərinə əsaslanan dostluq münasibətlərinin Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə yüksələn xətlə inkişaf edəcəyinə əminəm.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və coşqun həyat eşqi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
Qurbanqulu Berdıməhəmmədov
Türkmənistan Prezidenti