AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan öz milli bayramını - Respublika gününü qeyd edərkən, böyük məmnuniyyətlə Sizə, Azərbaycan hökumətinə və xalqına Maldiv Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri qarşıdan gələn illərdə daha da güclənəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə şəxsən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Məmun Əbdül Qəyyum
Maldiv Respublikasının Prezidenti