AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə İsveçrə Federal Şurasının səmimi təbriklərini Zati-alinizə çatdırmaqdan böyük məmnuniyyət duyur, ən xoş arzularla Sizə cansağlığı, ölkənizə tərəqqi diləyirəm.
Bu ilin əvvəlində Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Sizinlə görüşümüz mənim üçün ən maraqlı və yaddaqalan hadisə olmuşdur.
Fürsətdən istifadə edib, ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin intensivləşməsi qarşıdakı illərdə də davam edəcəkdir.
Mişelin Kalmi-Rey
İsveçrə Konfederasiyasının Prezidenti