RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə şəxsən Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik, rifah və uğurlar arzulamaqdan məmnunluq duyuram.
Həmçinin respublika Prezidenti seçilməyim münasibətilə mənə ünvanladığınız olduqca səmimi təbriklərinizə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirmək istəyiniz mənə böyük təəssürat bağışlayır və Sizin cari ilin yanvar ayında Fransaya dövlət səfəriniz bunu parlaq şəkildə nümayiş etdirmişdir. Ölkənizlə əməkdaşlığımızı davam etdirmək arzusunda olduğuma və eləcə də Cənubi Qafqazda sülh və sabitlik naminə Fransanın aktiv fəaliyyət göstərəcəyinə Sizi əmin etmək istəyirəm.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Nikola Sarkozi
Fransa Respublikasının Prezidenti