AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz dostum və qardaşım,
Çox əlamətdar hadisə, Azərbaycanın dövlət bayramı - Respublika günü münasibətilə Sizi və bütün qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Gürcüstanı və Azərbaycanı qədim tarixi tellər bağlayır. Biz həmişə, bütün dövrlərdə mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşamışıq. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir. Əminəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq bundan sonra da gələcək nəsillərin rifahı naminə səmərəli şəkildə inkişaf edəcəkdir.
İcazə verin, Respublika günü münasibətilə bir daha şəxsən Sizi və bütün Azərbaycan xalqını təbrik edim və firavanlıq və tərəqqi arzulayım.
Fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Mixail Saakaşvili
Gürcüstanın Prezidenti