AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz arasında yaranmış, etimada və qarşılıqlı anlaşmaya əsaslanan dostluq münasibətləri bundan sonra da hər iki dövlətin mənafeyi naminə durmadan inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti