AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - 28 May Respublika günü münasibətilə mənim səmimi salamlarımı və arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bununla Bolqarıstan Respublikasının ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətləri fonunda Bolqarıstan-Azərbaycan əməkdaşlığını möhkəmləndirməyə, Bolqarıstanın və Azərbaycanın ümumavropa prioritetlərini yerinə yetirməyə hazır olduğunu təsdiq etmək istərdim.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə yüksək ehtiramımı bildirir və Sizə cansağlığı, Azərbaycanın firavanlığına yönəlmiş fəaliyyətinizdə uğurlar arzulayıram.
Georgi Pırvanov
Bolqarıstan Respublikasının Prezidenti