AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Monqolustan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda dost Azərbaycan xalqını təbrik edim.
Tam əminəm ki, Monqolustan ilə Azərbaycan arasındakı ənənəvi münasibətlər və əməkdaşlıq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulamaq istərdim.
Dərin ehtiramla,
Nambarın Enxbayar
Monqolustanın Prezidenti