AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alilərinizə ən səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularla möhkəm cansağlığı və səadət diləməkdən olduqca məmnunam. Eyni zamanda, xalqınıza davamlı tərəqqi və rifah arzulayıram.
Fürsətdən istifadə edərək, bildirmək istəyirəm ki, ölkələrimizi birləşdirən İslam qardaşlıq münasibətlərini, səmərəli əməkdaşlığı, anlaşma və həmrəyliyi çox yüksək dəyərləndirirəm. Mən xalqlarımızın və İslam Ümmətinin rifahı naminə əlaqələrimizin möhkəmləndirilməsi və genişləndirilməsi üçün əməkdaşlığımızın davam etdirilməsini ürəkdən arzulayıram.
Səmimiyyətlə Sizin,
VI Məhəmməd
Mərakeşin Kralı