AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident,
Mənə Prezidentin fərdi təqaüdünü təyin etdiyinizə görə, icazə verin, Sizə öz səmimi və dərin minnətdarlığımı bildirim.
İnanın, Vətəndən uzaqda yaşadığın halda səni nəinki unutmamış, hətta qayğına qalırlar - bundan böyük sevinc hissi ola bilməz.
Mən Azərbaycanda xoşbəxt yaradıcılıq həyatı yaşamışam. Heç bir yerdə yaradıcı insana Azərbaycandakı kimi yüksək qiymət verilmir. Yaradıcı ziyalı unudulmaz və əziz Heydər Əliyevin həmişə diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Cənab Prezident, Sərəncamı mayın 10-da imzalamağınız mənim üçün bir növ simvolik xarakter daşıyır. Dahi və müdrik atanız tərəfindən əsası qoyulmuş gözəl ənənələri davam etdirəcəyinizə inanıram.
Fürsətdən istifadə edərək, milli bayramımız - Respublika günü münasibətilə Sizi və gözəl xanımınız Mehriban Əliyevanı təbrik edir, Sizə uzun ömür və doğma Azərbaycanımızın rifahı naminə böyük müvəffəqiyyətlər arzulayıram.
Böyük ehtiram hissi ilə,
Nailə Nəzirova
Əməkdar incəsənət xadimi,
Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı
Versal, Fransa