AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Milli bayramınız - Respublika günü münasibətilə Koreya Respublikası Hökuməti və xalqı adından Zati-alilərinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Əminəm ki, Zati-alilərinizin keçən ay Koreyaya səfərindən sonra ölkələrimiz arasında nəzərəçarpacaq dərəcədə möhkəmlənmiş dostluq və əməkdaşlıq əlaqələri gələcək illərdə öz qarşılıqlı bəhrəsini verəcəkdir.
Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı, böyük uğurlar, gözəl ölkənizə isə rifah arzulayıram.
Ro Mu Hyun
Koreya Respublikasının Prezidenti