AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Əlcəzair xalqı və Hökuməti adından və şəxsən öz adımdan hərarətli təbriklərimlə bərabər, ən xoş arzularla Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və yüksək rifah diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə və inkişafına Sizinlə birgə öz töhfələrimi verməyə hər zaman hazır olduğumu təkrarən diqqətinizə çatdırmaq mənə xoşdur.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Əbdüləziz Buteflika
Əlcəzair Xalq Demokratik Respublikasının
Prezidenti