AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi, Azərbaycan xalqını təbrik edirəm, cansağlığı, sülh və rifah arzulayıram.
Mən 2006-cı ilin oktyabr ayında Bakı şəhərində keçirilən yüksək səviyyəli görüşün nəticələrinə böyük önəm verərək, GUAM sammitində iştirak etmək üçün Azərbaycana növbəti səfərim zamanı müntəzəm dialoqu davam etdirəcəyimizə inamımı bildirirəm. Belə bir dialoq xalqlarımızın qarşılıqlı marağı naminə ikitərəfli əlaqələrimizin bir çox sahələrdə möhkəmlənməsinə və genişlənməsinə əhəmiyyətli dərəcədə yardım göstərəcəkdir. Bu, həmçinin Qara dəniz regionunda genişlənən əməkdaşlıq təşəbbüslərinin artmasına və davamlı inkişafın təşviq edilməsinə imkan yaradacaqdır.
Cənab Prezident, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi bir daha təbrik edir, Sizə yüksək hörmət və ehtiramımı bildirirəm.
Trayan Besesku
Rumıniyanın Prezidenti