AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Prezident Əliyev,
Azərbaycan Demokratik Respublikasının yaranması bayramı - Respublika günü münasibətilə şəxsən öz adımdan və Serbiya Respublikasının vətəndaşları adından ölkəmizin ən səmimi və xoş arzularını Sizə çatdırıram.
İnanıram ki, qarşılıqlı anlaşma və ənənəvi dostluq kimi möhkəm zəmin üzərində qurulmuş ikitərəfli əlaqələrimizin dərinləşməsi gələcək illər üçün də səciyyəvi olacaqdır.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Boris Tadiç
Serbiya Respublikasının Prezidenti