AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Kral Tay Hökuməti və tay xalqı adından ən xoş arzularla Azərbaycan Respublikasına və xalqınıza daim yüksələn rifah diləməkdən və səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.
Gələcək illər ərzində qarşılıqlı fayda naminə ölkələrimiz arasında daha sıx və əhatəli münasibətlərin inkişaf etdirilməsi üçün Zati-alilərinizlə yaxından işləməyi ürəkdən arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
General Surayud Çulanont
Tailand Krallığının Baş naziri