AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə şəxsən öz adımdan, Tunis Hökuməti və xalqı adından Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən böyük məmnunluq duyuram. Sizə cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud əməkdaşlığın və qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi, habelə qardaş xalqlarımızın xeyri və mənafeyi naminə birgə işləmək əzmində olduğumuzu Sizə bildirmək istəyirəm.
Hörmətlə,
Zeynulabidin Bin Əli
Tunis Respublikasının Prezidenti