AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Cənubi Afrika Hökuməti və xalqı milli bayramınızı - Respublika gününü qeyd etməyiniz münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ünvanlanmış səmimi təbriklərimizə və arzularımıza qoşulmaqdan olduqca məmnundur.
Belə bir xoş gündə yaranmış fürsətdən istifadə edərək Zati-alinizə, Hökumətinizə və xalqınıza şəxsən ən səmimi arzularımı çatdırmaq, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah diləmək istərdim.
Sonda, Cənubi Afrikanın ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və gücləndirmək arzusunda olduğunu yenidən təsdiqləmək istərdim.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Thabo Mbeki
Cənubi Afrika Respublikasının Prezidenti