AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən xoş arzularla ölkənizə hərtərəfli tərəqqi, xalqınıza xoş güzəran diləməkdən məmnunluq duyuram.
İcazə verin, bu fürsətdən istifadə edərək, Sloveniya Respublikası və Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyimizi xüsusi vurğulayım. Ölkələrimiz arasında mövcud münasibətlər məndə belə bir inam yaradır ki, siyasi, iqtisadi və başqa sahələrdə əlaqələrimiz dünyada sülhə, əmin-amanlığa və qarşılıqlı anlaşmaya töhfə verməklə, ölkələrimizin və vətəndaşlarımızın mənafeyi naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz.
Yanez Drnovşek
Sloveniya Respublikasının Prezidenti