AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bizə dost olan ölkənizin milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu fürsətdən istifadə edərək, dost dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsini və genişləndirilməsini arzulayıram.
Zati-alinizə möhkəm cansağlığı, səadət, dost ölkənizə və xalqınıza tərəqqi, xoş güzəran diləyirəm.
Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edəsiniz.
Sabah əl-Əhməd əl-Cabir əl-Sabah
Küveyt Dövlətinin Əmiri