AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından ən səmimi və ürəkdən gələn təbriklərimizi qəbul etməyinizi xahiş edirik.
Respublikanın sosial-iqtisadi tərəqqisini dərinləşdirmək, onun xalqının həyat səviyyəsini yüksəltmək üçün göstərdiyiniz məqsədyönlü səyləri MDB həmkarlar ittifaqı hərəkatında yüksək qiymətləndirirlər. Respublikada demokratiyanın hərtərəfli inkişaf etdirilməsi, Azərbaycan cəmiyyətinin sosial-siyasi əsaslarının daha da möhkəmləndirilməsi üçün ardıcıl həyata keçirilən və əməkçilərin təşkilatları ilə konstruktiv dialoqa, sosial tərəfdaşlıqdan səmərəli istifadə edilməsinə yönəldilmiş xətt xüsusi diqqətə layiqdir və daim müsbət qiymətləndirilir.
Fürsətdən istifadə edib, ölkənin lideri kimi Sizin həm rəhbərlik etdiyiniz Azərbaycan Respublikası miqyasında, həm də Müstəqil Dövlətlər Birliyi səviyyəsində həmkarlar ittifaqlarının problemlərinə yetirdiyiniz diqqətə görə Sizə bir daha dərin minnətdarlığımı bildirmək istərdim. Sizin Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının VI qurultayının iştirakçılarına ünvanlanmış təbrik məktubunuz bu müdrik və uzaqgörən siyasətin bariz nümunəsidir və tamamilə bizim forumun ən mühüm, milli və regional miqyasda sosial dialoqa yönəlmiş xəttin tarixi düzgünlüyünə dəlalət edən sənədləri sırasına aiddir.
Çox hörmətli cənab Prezident, icazə verin, Azərbaycan Respublikasının ali rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edim və Sizə Vətəninizin rifahı naminə yeni zəfərlər diləyim!
Azərbaycan xalqına səadət və firavanlıq diləyi ilə ən xoş arzularımızı qəbul edin!
Dərin hörmətlə,
Vladimir Şerbakov
Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının
Baş katibi