AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox hörmətli İlham Heydər oğlu!
Yenidən uğurla Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət heyəti adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.
Biz Sizə öz ehtiramımızı bildirmək, ali və məsul vəzifədə fəaliyyətinizdə yeni uğurlar diləmək imkanına ürəkdən şadıq.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və səadət, xoş günlər və firavanlıq diləyirik.
Hörmətlə,
Zurab Sereteli
Rusiya Rəssamlıq Akademiyasının prezidenti