AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq və bu məsul vəzifədə Sizə müvəffəqiyyət arzulamaq istərdim.
Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da yüksəlməsini və tezliklə Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımla yanaşı, Azərbaycan Respublikasına və xalqına əmin-amanlıq, tərəqqi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Tomas Hendrik İlves
Estoniya Respublikasının Prezidenti
Tallinn, 17 oktyabr 2008-ci il.