AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Vyetnam xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.
Qəti əminəm ki, Vyetnam və Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq günbəgün daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Azərbaycan xalqına Sizin rəhbərliyiniz altında ölkənin inkişafında daha böyük uğurlar qazanmasını və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini arzulayıram.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali vəzifənizdə böyük uğurlar diləyirəm.
Hörmətlə,
Nquyen Min Çiyet
Vyetnam Sosialist Respublikasının Prezidenti
Hanoy, 20 oktyabr 2008-ci il.