AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin hökuməti adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə böyük uğurlar, dost Azərbaycan xalqına isə davamlı inkişaf arzu edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.
Ən yüksək ehtiram və hörmətlə,
Xəlifə bin Zaid Al Nəhəyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
Abu-Dabi, 4 noyabr 2008-ci il.