AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən sevinc duyuram.
Bu xoş hadisə Sizin ölkənizə xidmətiniz sayəsində əldə edilmiş mühüm nailiyyətlərin bariz ifadəsidir. Bu səbəbdən Sizin Prezidentliyiniz müddətində İndoneziya və Azərbaycan arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminəm.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımla yanaşı, möhkəm cansağlığı, xoşbəxtlik, məsul vəzifənizdə müvəffəqiyyət arzularımı qəbul etməyinizi xahiş edirəm.
Susilo Bambanq Yudhoyono
İndoneziya Respublikasının Prezidenti
Cakarta, 5 noyabr 2008-ci il.