AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi səmimi qəlbdən təbrik etməkdən sevinc duyur, xalqınıza xidmət etmək naminə vəzifənizin icrasında Sizə uğurlar arzulayıram.
Bu fürsətdən istifadə edərək, Zati-alilərinizə iki dost ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin İraq və Azərbaycan xalqlarının mənafeyi naminə möhkəmlənməsinə olan dərin istəyimizi bildirirəm.
Ən yüksək ehtiram və minnətdarlıqla,
Cəlal ət-Tələbani
İraq Respublikasının Prezidenti
Bağdad, 6 noyabr 2008-ci il.