AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM ƏLİYEVƏ
Dəyərli qardaşım Prezident Əliyev!
2008-ci il oktyabrın 15-də ölkənizdə keçirilmiş seçkilərdə xalqın böyük dəstəyini qazanaraq, ikinci dəfə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi yetirirəm.
Çox hörmətli atanız, mərhum Prezident Heydər Əliyevin əməyi sayəsində ucalmış gənc Azərbaycan Respublikası və qardaş Azərbaycan xalqı sabitlik şəraitində, müvəffəqiyyətlə nəticələnən bu seçkilərlə demokratikləşmə yolunda əhəmiyyətli bir mərhələni keçmişdir.
Prezidentliyinizin ikinci müddətində ölkənizin təhlükəsizliyi və sabitliyi təmin olunmaqla, son dövrdə məmnunluqla izlədiyimiz inkişafın davam etdirilməsi yolunda səylərinizdə Zati-alinizə uğur diləyirəm. Azərbaycanın beynəlxalq ictimaiyyətin güclü və sayılan bir üzvü kimi dünya səhnəsində layiqli yerini tutması Azərbaycana qardaşlıq telləri və həqiqi bir sevgi ilə bağlı olan türk xalqını məmnun edir və qürurlandırır. İnanıram ki, Cənubi Qafqazın indiki bu çətin dövründə Türkiyə ilə Azərbaycan arasındakı güclü əməkdaşlıq və həmrəylik yeni bir forma və məzmun qazanaraq davam edəcək, müştərək tarix və kimlik düşüncəsindən güc alan ikitərəfli əlaqələrimiz istər regional, istərsə də beynəlxalq çərçivədə bənzərsiz bir nümunə dəyərini qoruyub saxlayacaqdır.
Sizə, ailənizə və qardaş Azərbaycan xalqına ürəkdən sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram.
Dərin ehtiramla,
Hikmət Çətin
Türkiyənin sabiq xarici işlər naziri