AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM İLHAM ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Zati-alilərinizə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və ən xoş qardaşlıq arzularımı çatdırmaq mənim üçün çox xoşdur.
Zati-alilərinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha bol firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, qardaş ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin xüsusilə fərqləndiyini bir daha qeyd etmək istəyirəm.
Zati-aliləri! Ən səmimi salamlarımı və ali təqdirimi qəbul edin!
Qardaşınız,
Abdulla bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin xadimi,
Səudiyyə Ərəbistanının Kralı