AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİİLHAM ƏLİYEV BOLQARISTAN MİLLİ TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Prezident sarayında Bolqarıstan Milli televiziyasına müsahibə vermişdir.
Dövlətimizin başçısı parlament seçkilərinə hazırlıq dövründə gorülmüş tədbirlər, seçkilərin uğurlu nəticələri, Azərbaycanda iqtisadi inkişaf, Azərbaycan-Bolqarıstan münasibətləri və digər məsələlərlə bağlı suallara ətraflı cavab vermişdir.