AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİCƏNAB İLHAM ƏLİYEVƏ
2005-ci il noyabrın 6-da keçirilən parlament seçkiləri respublikamızın dövlətçilik tarixində mühüm hadisə olmuşdur. Dünya praktikası göstərir ki, uğurlu seçim cəmiyyətin inkişafına, mənəvi dəyərlərin güclənməsinə gətirib çıxarır. Bu mənada bütün xalqımız kimi, Bakı Dövlət Universitetinin kollektivi də ürəkdən sevinir ki, seçkilər regionun bütün dövlətlərinə nümunə ola biləcək səviyyədə ədalətli, azad, demokratik keçirilmiş, Azərbaycanın həyatında hüquqi dövlət quruculuğu istiqamətində irəliyə doğru mühüm addım olmuşdur.
Möhtərəm cənab Prezident!
Dünya ictimaiyyətinin diqqət mərkəzində olan və müsbət qiymətləndirilən bu seçkilərin demokratiyanın qələbəsi ilə başa çatması bilavasitə Sizin adınızla bağlıdır. Sizin gördüyünüz məqsədyönlü, ardıcıl və prinsipial tədbirlər, vaxtında verdiyiniz sərəncamlar seçkilərin tam demokratik, azad, ədalətli keçirilməsi ilə nəticələndi.
Xalqımızın iradəsi demokratik seçkilərdə öz əksini tapdı. Azərbaycan azad şəkildə ən layiqli namizədlərini seçdi. Fərəhli haldır ki, Azərbaycanın demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri qələbə qazanmışlar.
Seçkilərin demokratik keçirilməsi Azərbaycanın qarşısında yeni üfüqlər, yeni imkanlar açır. Əminik ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xətt daim davam edəcək, Azərbaycan demokratiya, tərəqqi, hüquqi dövlət quruculuğu və sivilizasiyalı dünyaya inteqrasiya yolunda daha çox uğurlar qazanacaqdır.
Dərin hörmətlə,
Bakı Dövlət Universitetinin professor-müəllim heyəti adından,
Akademiklər Fuad Qasımzadə, Cəlal Allahverdiyev, Fikrət Əliyev, müxbir üzvlər Abel Məhərrəmov, Yusif Məmmədov, Vasim Məmmədəliyev, Abdulla Muxtarov, Şahvələd Xəlilov, Məsumə Məlikova, Sabir Hacıyev, Vladimir Tahirov, Rəhim Hüseynov, Tofiq Hacıyev, Məhəmməd Mehdiyev, Vasif Babazadə, Abuzər Xələfov, əməkdar elm xadimləri Müseyib Müseyibov, Həbibə Qasımova, Sübhi Bektaşi, Nemət Qasımov.