Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidəki görüşü Latviya mətbuatının diqqətindədir
Riqa, 27 noyabr, AZƏRTAC
Latviyanın ən böyük xəbər portallarından olan “tvnet.lv” və “jauns.lv”-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçi şəhərində keçirilən üçtərəfli görüşünə geniş yer ayrılıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, məqalələrdə Rusiyanın razılığın əldə olunmasında vasitəçiliyi barədə məlumat verilib. Materiallarda, həmçinin Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşuluq münasibətləri qurmaq təklifinə diqqət çəkilir.
Məqalələrdə münaqişənin tarixi barədə ətraflı məlumat verilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa