Azərbaycan Rusiyanın Volqoqrad vilayətinə 35 tondan artıq meyvə tədarük edib
Moskva, 28 oktyabr, AZƏRTAC
2024-cü il oktyabrın 24-dən 28-dək Azərbaycandan Rusiyanın Volqoqrad vilayətinə 35 tondan çox meyvə, o cümlədən nar və xurma tədarük edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Rosselxoznadzor”dan onu da qeyd ediblər ki, bütün məhsullar lazımi nəzarətdən keçib. Laboratoriya tədqiqatları zamanı məlum olub ki, Rusiya Federasiyası üçün əhəmiyyət kəsb edən karantin obyektləri müəyyən edilməyib. Beləliklə, yüklər verilmiş sənədlər əsasında alıcının ünvanına çatdırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:55]
“AzerGold” Dövlət Proqramı çərçivəsində 4 strateji layihə həyata keçirəcək
- 24.09.2026 [16:54]
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]