Azərbaycan Sahibkarlar Konfederasiyasında “Ticarət Komissiyası”nın tərkibi yenidən formalaşdırılıb
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Ticarət Komissiyası”nın təşkilati strukturunun yenidən təsdiqlənməsi və sektordakı mövcud vəziyyətlə bağlı iclas keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov “Ticarət Komissiyası”nın ASK-dakı 14 komissiyadan biri olduğunu və onun strukturunun yenidən formalaşdırıldığını deyib. Keçirilən səsvermədə Vüqar Abbasov komissiyanın sədri, Anar Bayramov və İlqar Nuri isə müavin seçiliblər. Təşkilati məsələlərin həllindən sonra idxal və ixracla məşğul olan şirkətlər üzləşdikləri çətinliklər və problemlərdən danışıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:20]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [18:32]