AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA BÜRÜNC MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa çempionatının komanda birinciliyində Azərbaycanın kişilərdən ibarət yığma komandası bürünc medala layiq görülmüşdür.
Komandamızın üzvləri sonuncu - həlledici turda Fransa kollektivini 2,5:1,5 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Bu turda qara fiqurlarla oynayan Teymur Rəcəbov Loren Fresyeni təslim olmağa məcbur edərək, komandamıza mühüm qələbə qazandırmışdır.
Şəhriyar Məmmədyarov-Etyen Bakro, Vüqar Həşimov-Maksim Vaşye Laqro və Qədir Hüseynov-Kristian Bauer görüşləri heç-heçə nəticələnmişdir.
Həmyerlilərimiz Avropa birinciliyində Polşa, Ukrayna və İsrail kimi dünyanın ən reytinqli komandalarını arxada qoymuşlar. Qitə çempionu isə turnir boyu inamlı oyun nümayiş etdirən Rusiya kollektivi olmuşdur.
Son turda Serbiyanı 3:1 hesabı ilə məğlubiyyətə uğratmış qadın şahmatçılarımız isə 10 xalla çempionatı birinci onluqda başa vurmuşlar. Serbiyalılarla oyunda Zeynəb Məmmədyarova və İlahə Qədimova fərqlənmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]