AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ HİNDİSTAN PREZİDENTİNƏ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin Dehlidəki səfiri Tamerlan Qarayev noyabrın 30-da öz etimadnaməsini Hindistan Prezidenti Əbdül Kalama təqdim etmişdir.
Mərasimdən sonra Prezident Ə.Kalam və səfir T.Qarayevin təkbətək görüşü olmuşdur. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Hindistan dövlətinin başçısına çatdırmış, ona respublikamız haqqında ətraflı məlumat vermiş, Azərbaycanın Hindistan ilə əlaqələrin genişlənməsi və dərinləşməsində maraqlı olduğunu bildirmişdir.
Hindistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin xalqına ən səmimi arzularını çatdırmağı xahiş etmiş, Hindistanın da Azərbaycan ilə ikitərəfli münasibətlərin, xüsusilə də iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq səfirə bu istiqamətdə fəaliyyətində lazımi dəstəyin veriləcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]