“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 3 dəfəyədək artıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 79,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,9 milyon dollar və ya 2,6 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin ixrac gəlirləri 30,4 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]