AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN 90 İLLİYİ MASALLIDA QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Masallı rayon hərbi komissarlığında Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan döyüşçülərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Ələşrəf Niftiyev, hərbi komissar Vahid Səlimov, rayon prokuroru Rizvan Həsənov və başqaları çıxış edərək, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasında və formalaşmasında ümummilli liderimizin xidmətlərini yüksək qiymətləndirmiş, Milli Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin hər bir əmrini şərəflə yerinə yetirməyə hazır olduğunu vurğulamışlar.
Tədbirin sonunda N saylı hərbi hissənin əsgər və zabitlərinə, rayon hərbi komissarlığının işçilərinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]