Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan simvolları Londondan dünyaya yayılır- MÜSAHİBƏ

Azərbaycan simvolları Londondan dünyaya yayılır- MÜSAHİBƏ

London, 16 mart, AZƏRTAC

Azərbaycanlı modelyer Şəbnəm Bayramova Londonda və Bakıda fəaliyyət göstərən, Azərbaycan mədəniyyətini moda vasitəsilə dünyaya tanıtmağı hədəfləyən brendin təsisçisi və dizayneridir. Yeddi ildir moda sahəsində çalışan dizayner son iki ildə fəaliyyətini Birləşmiş Krallıqda davam etdirir. Onun sözlərinə görə, brendin əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinə məxsus elementləri müasir dizaynla birləşdirərək qlobal auditoriyaya təqdim etməkdir.

Şəbnəm Bayramova AZƏRTAC-a müsahibəsində Londonda moda biznesini qurmaq təcrübəsindən, aldığı qlobal talant vizasının yaratdığı imkanlardan, Azərbaycan motivlərinin dizaynda istifadəsindən və brendin gələcək planlarından danışıb.

– Şəbnəm xanım, ilk olaraq bu sahəyə gəlməyinizdən danışardınız.

– Artıq 7 ildir bu sahədəyəm və son iki ildir fəaliyyətimi İngiltərədə davam etdirirəm. Modaya marağım əslində çox erkən yaşlarda yaranıb. Babamın qarderobunu gördüyüm gündən bu sahəyə xüsusi həvəsim formalaşdı.

Əslində bu sahəyə gəlmək əvvəlcədən planlaşdırılmış bir qərar deyildi. Bazar araşdırması apararkən moda sahəsində müəyyən imkanlar və inkişaf potensialı gördüm. Bu istiqamətdə fəaliyyət göstərməyə qərar verdim və “Tuva” brendini qurdum. Brendin təsisçisi və dizayneriyəm.

– Brendinizin Londona gəlməsi və fəaliyyətinizi burada davam etdirməyiniz necə baş verdi?

–Portfolyomu Britaniya Moda Şurasına göndərdim. Onlar portfolyomu dəyərləndirdikdən sonra qlobal talant vizası üçün tövsiyə verdilər və bundan sonra vizaya müraciət etdik. Bu viza yaradıcı sahələrdə çalışan insanlar üçün çox yaxşı imkanlar yaradır. Böyük Britaniya yaradıcı sənayelərin inkişafını dəstəkləmək üçün dizaynerlərə geniş imkanlar yaradır. Burada araşdırma aparmaq, yeni istehsal texnologiyalarını öyrənmək üçün çox geniş imkanlar mövcuddur.

– Londonda moda biznesi qurmaq sizə hansı imkanları açdı?

– Londonda logistikanın çox inkişaf etməsi böyük üstünlükdür. Bu, məhsullarımızın müxtəlif ölkələrə və qitələrə çatdırılmasını xeyli asanlaşdırır. Məsələn, İngiltərədən Avstraliyaya göndərilən bağlama belə çox qısa müddətdə çatır.

Hazırda məhsullarımız “Wolf & Badger” platforması vasitəsilə satılır. Bu platformada bir çox qlobal brend fəaliyyət göstərir və bizim də orada təmsil olunmağımız brendin beynəlxalq auditoriyaya çıxışını asanlaşdırır.

– Müştərilərdən aldığınız ilk reaksiyalar necə oldu?

– Açığı, nəticələr bizim üçün də çox sevindiricidir. İngiltərədə yeni bir brend olmağımıza baxmayaraq çox yaxşı geri dönüşlər aldıq və bəzi məhsullarımız platformada “bestseller” siyahısına daxil oldu.

Müştərilərdən gələn müsbət rəylər bizi daha da həvəsləndirir və doğru yolda olduğumuzu göstərir.

– Brendinizdə Azərbaycan mədəniyyətinin hansı elementləri istifadə olunur?

– Mənim üçün ən vacib məsələlərdən biri Azərbaycan mədəniyyətini və simvollarını dünyaya tanıtmaqdır. Biz məhsulları müştərilərə göndərərkən onların içinə xüsusi təşəkkür kartları qoyuruq. Bu kartlar petroqliflər, Qarabağ atları və digər milli motivlərlə bəzədilir və onların mənası haqqında məlumat verilir.

Mən hər zaman qədim simvollarımızdan istifadə etməyə üstünlük verirəm. Bu həm brendin fərqliliyini göstərir, həm də zəngin tariximizi dünyaya tanıtmaq üçün bir vasitədir.

– Dizaynlarınız üçün ilhamı haradan alırsınız?

– Bu mövzuda məşhur rəssam Səttar Bəhlulzadənin bir fikrini tez-tez xatırlayıram: “İlham almaq üçün vətən torpağı kifayətdir”.

Tarixi muzeylərə gedəndə, klassik ədəbiyyatımızı oxuyanda və ya kitabxanalarda qədim mənbələrə baxanda çoxlu ideyalar yaranır. Bir dəfə Daş Salnamə Muzeyini gəzərkən orada nümayiş olunan petroqliflərdəki rəng ahəngi və vizual kompozisiya məni çox ilhamlandırdı. Həmin görüntülərin estetikası və simvolikası mənə düşündürdü ki, bu motivləri müasir geyim dizaynında da istifadə etmək mümkündür.

Əsas məsələ isə bunu elə təqdim etməkdir ki, həm estetik, həm də funksional olsun. Çünki sərgi üçün hazırlanmış geyimlə gündəlik istifadə olunan geyim arasında incə bir xətt var və mən həmişə bunu qorumağa çalışıram.

– Brendinizin istehsal prosesi haqqında danışardınız.

– Məhsullarımız tamamilə Azərbaycan dərziləri tərəfindən hazırlanır. Geyimlər əl işi olduğu üçün hər biri ayrıca kəsilir və tikilir. Bu da keyfiyyətə xüsusi diqqət yetirməyə imkan verir.

Əlbəttə, bu proses daha çətindir və bəzən böyük tələbatı qarşılamaqda çətinlik yaradır, amma biz kütləvi istehsal modelinə keçmək istəmirik. Məqsədimiz hər zaman limitli və keyfiyyətli istehsal etməkdir.

– Gələcək planlarınız nələrdir?

– Əsas planlarımızdan biri istehsal sahəsini genişləndirmək və aksesuar xəttini artırmaqdır. Xüsusilə şərflərə böyük tələbat olduğunu gördük və bu istiqamətdə də inkişaf etməyi planlaşdırırıq. Eyni zamanda mənim böyük arzularımdan biri Londonda öz atelyemi açmaqdır.

– Moda sahəsində karyera qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

– Məncə buna bu sənətin mətbəxindən başlamaq ən doğru yoldur. Təhsil çox vacibdir, amma təcrübə də eyni dərəcədə önəmlidir. Əgər təhsil almaq imkanı yoxdursa, atelyelərdə köməkçi kimi işləmək belə böyük təcrübə qazandırır. Məsələn, Corcio Armani karyerasına sadəcə vitrin düzəldərək başlayıb, amma sonradan dünyanın ən böyük moda brendlərindən birini yaradıb.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər