“AZƏRBAYCAN SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ KEYFİYYƏT MƏRHƏLƏSİNDƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Universitetin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev xalqımızın ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyev iqtisadi strategiyasının əhəmiyyətini vurğulamış, ulu öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirmişdir.
O, ölkəmizdə iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən və onun uğurlu nəticələrindən söz açmışdır.
Milli Məclisin iqtisadi-siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə müasir qloballaşma şəraitində Azərbaycanın iqtisadi inkişaf strategiyası və onun reallaşdırılması amillərindən, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov iqtisadiyyatın idarə edilməsində maliyyə nəzarətinin rolundan danışmışlar.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının, AMEA-nın müxbir üzvü Akif Musayevin və digər alimlərin də mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Natiqlər respublikamızda qazanılan nailiyyətləri konkret faktlarla diqqətə çatdırmış, iqtisadiyyatımızın daha da inkişaf edəcəyinə əmin olduqlarını söyləmiş, iqtisadçı alimlərin qarşısında duran vəzifələrdən bəhs etmişlər.
Sonra geniş fikir mübadiləsi aparılmışdır.