Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 12 medal qazanıblar
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open" turnirində 12 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Murad Həsənzadə (26 kiloqram) və Sübhan Rzayev (38 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Nigar Useynova (İndividual - U30) və Narin Həsənova (İndividual - U18) gümüş mükafata yiyələniblər.
Zəhra İsayeva (42 kiloqram), Vidadi Məmmədli (26 kiloqram), Cahid İsmayılzadə (42 kiloqram), Yusif Zeynallı (+42 kiloqram) gümüş, Fateh Sultanlı (38 kiloqram), Aliyə Məmmədli (+42 kiloqram), Əkbər Tağıyev (24 kiloqram), Mirzəli Uğur (40 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-18-də Özbəkistan taekvondo komandaları ilə birgə təlim-məşq keçəcəklər.