Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan “Teknofest”də 11 startapla təmsil olunur

İstanbul, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında “Teknofest” - Aerokosmik və Texnologiya Festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.

“Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Teknofest”dəki milli pavilyonumuzda 11 Azərbaycan startapı nümayiş etdirilir.

“Zəfər yolu” kosmik stansiya modeli, “Idrak Technology Transfer”in layihələri, “Zərbə”, “İqlime”, “Safee Bike”, “Viastellar”, “HealWith”, “SmogFree”, “Battle of Bots”, “Smart Parking IoT” və “GSM Smart Electric - AMR ST 13” startap məhsulları bu sırada yer alır.

Startaplarımız kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edir.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank milli pavilyonumuzu ziyarət edib, Azərbaycan startapları ilə tanış olub.

Qeyd edək ki, “Teknofest” - Aerokosmik və Texnologiya Festivalı sentyabrın 26-da başa çatacaq.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdinin festivalda nümayiş etdirilən “Zəfər yolu” kosmik stansiya modeli əsas idarəetmə modulundan, teleskopik strukturlu sistemdən ibarətdir. Əlavə sfera formalı hissələr isə stansiya kosmosa göndərilən zaman bir-birinin daxilində yerləşir. Lazımi hündürlük əldə edildikdə qeyd olunan teleskopik strukturlu mexanizm işə düşüb stansiyanı işlək vəziyyətə gətirir. Gələcəkdə tələbata uyğun olaraq əlavə modullar ümumi sistemə heç bir problem olmadan inteqrasiya edilə bilir. Bu imkanı standart birləşmə mexanizmi verir, enerji tələbatı isə tam olaraq stansiyanın əsas modulunda və kürə modullarının üzərində yerləşən günəş panelləri tərəfindən ödənilir.

“Idrak Technology Transfer”in təqdim etdiyi “Agro Dron” kənd təsərrüfatı təyinatlı olmaqla 40 dəqiqə ərzində verilmiş təyinatlar və koordinatlar üzrə ərazinin şəklini çəkə və dərmanlaya bilir. “Ağıllı lövhə” elektron lövhə interaktiv ekrandan (touchscreen), video proyektordan, kompüterdən və xüsusi proqram təminatından ibarət olan cihazdır. “Ağıllı Sayğac” “Smart Meter” AMI (Advanced Metering Infrastructure) çərçivəsində olan ağıllı sayğaclardır. Bu sayğaclar Ümumdövlət İntellektual Ölçmə İnfrastrukturunun yaradılmasının, istənilən növdə (elektrik, su, qaz) sayğacın vahid şəbəkəyə birləşdirilməsinin əsasını qoyacaq. “Ağıllı eynək” görmə qüsuru olan insanların həyatının asanlaşdırılmasına xidmət edir. Hazırda eynək mətndən nitqə və nitqdən mətnə çevirə bilir. “İki displeyli tablet” elektron dərsliyin proqram modullarının və elektron dəftərin interfeyslərinin göstərilməsi üçün tablet kitabçasıdır.

“Zərbə” layihəsi Hərbi Hava Qüvvələrinin taktiki və strateji təlimlərinin aparılması, həmçinin hərbi əməliyyatların ssenarisinin virtual reallıq şəraitində yoxlanılması üçün inkişaf etdirilir. “Zərbə” kompleksi birdən çox pilot üçün olduqları yerdən asılı olmayaraq müştərək təlimləri həyata keçirmək, həmçinin uçuşlar ediləcək ərazinin əvvəlcədən öyrənilməsi üçün imkanlar yaradır. Kompleks virtual reallığa əsaslanan proqram təminatı və 3 ox ətrafında dönə bilən kapsuladan ibarətdir.

“İqlime” layihəsi çərçivəsində təqdim olunan “İqlime” 1.0 cihazı xarici simli sensor vasitəsilə havanın temperaturunu və rütubətini ölçür. Bu göstəricilər mobil şəbəkə (GPRS) vasitəsilə istifadəçinin şəxsi hesabına ötürülür. “İqlime” 2.0 cihazına çoxlu sayda müxtəlif tip simsiz sensorlar və “Wi-Fi” kamera qoşulur. Hazırda 2 tip sensor var: hava temperatur/rütubət sensoru və torpaq nəm sensoru. Sensorlar oxuduqları məlumatı qoşulduqları ana cihaz vasitəsilə istifadəçinin şəxsi hesabına ötürür.

“Safee Bike” isə velosiped istifadəçilərinin təhlükəsizliyi üçün hazırlanmış yenilikçi və patentləşdirilmiş bir işarə proyektoru konsepsiyasıdır. “Safee” ilə velosipedçi müvafiq xəbərdarlıq işarələrini öz bel nahiyəsinə əks etdirə bilir.

“Viastellar” həlləri kiçik peyklərin (CubeSat, Pocketsat) dizayndan başlayaraq kosmosa buraxılışa qədər (Roskosmos, SpaceX) hazırlanması və istehsalına əsaslanır. Şirkətin texnologiyasının özəlliyi icad edilən optikadır. Bu günə qədər 3U peyk ölçüsündə 2 metrə qədər (GSD @500km) görüntü keyfiyyətinə nail olunmuşdur. Festivalda 3U peykinin yarı modeli (korpus v batt) nümayiş olunur.

“HealWith” süni intellektin köməyi ilə bitki xəstəliklərini sadəcə şəkillərini çəkməklə müəyyən edən və müvafiq müalicə metodlarını göstərən mobil tətbiqdir. “HealWith” müəyyən mənada “cib aqronomu” rolunu oynayır, xüsusilə məhdud imkana malik, sosial təminata ehtiyacı olan insanlara vaxt və büdcəyə qənaət edərək təsərrüfatlarını inkişaf etdirməyə kömək edir.

“SmogFree” siqaret qutusu, bu cihazı idarə edən bir cib telefonu proqramı, verilənlər bazası və veb-saytdan ibarətdir. Məqsədi əvvəlcə istifadəçinin vərdişlərini araşdırmaq, sonra isə insan hazır olduqda, seçilmiş bir alqoritmə əsaslanaraq siqaret fasilələri arasındakı vaxtı tədricən artırmaq və nəticədə vərdişini zəiflətmək və siqareti tamamilə tərgitməklə məhdudlaşdırmaqdır.

“LOF studios”ın “Battle of Bots” (Botların Döyüşü) layihəsi kütləvi çoxoyunçulu onlayn bot müharibəsi janrında video oyundur.

Şəhərdə parklanma üçün IoT sistemi olan “Smart Parking IoT” layihəsi 2 yer parklama sensoru, 2 ədəd maşın sensoru, 1 GSM modemdən ibarətdir.

“GSM Smart Electric - AMR ST 13” avtomatik sayğacoxuyucudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşı çıxıb

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik