Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Televiziyası mövsümü necə başa vurdu və telekanaldan gözləntilər nədir? – SORĞU

Azərbaycan Televiziyası mövsümü necə başa vurdu və telekanaldan gözləntilər nədir? – SORĞU

Bakı, 8 iyul, AZƏRTAC

Növbəti televiziya mövsümü sona çatır. COVID-19 bütün sahələrə olduğu kimi, teleməkana da təsirsiz ötüşmədi. Bu təsir özünü televiziyalara münasibətdə də göstərdi. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə pandemiya yeni tendensiyanı ortaya çıxardı - daha çox sosial şəbəkələrdən məlumat almağa üstünlük verən izləyici, oxucu yenidən ekran qarşısına qayıtdı, televiziyanı daha ciddi xəbər mənbəyi kimi qəbul etdi.

Azərbaycan Televiziyası üçün də gərgin bir mövsüm geridə qaldı. Bəs ictimai fikir nədən ibarətdir - Ana Televiziya adlandırılan AzTV öz işinin öhdəsindən nə dərəcədə gələ bildi? Tanınmış ictimaiyyət nümayəndələri növbəti mövsümdə telekanaldan nələr gözləyirlər?

Bu suallara verilən cavablar “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a daxil olub. Sorğu iştirakçılarının fikirlərini təqdim edirik.

Cahangir Məmmədli (Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor):

- Azərbaycan Televiziyası son 1-2 ildə hətta heç bir televiziyada olmadığı qədər yeniliklərə imza atıb. Xüsusilə maarifləndirici proqramları - “Hədəf”, “Çıxışa doğru” kimi verilişləri qeyd edə bilərəm. Televiziyanın yeni formatları nümunə yaradır. Maarifçilik pandemiya dövründə çox əhəmiyyətlidir. AzTV bu baxımdan infodemiyaya şərait yaratmaması ilə seçilir. İnanıram ki, son mövsümdə yenilikləri ilə teleməkanda iz buraxan AzTV bu istiqamətdə işini davam etdirəcək. İnternet telekanalların göbələk kimi artdığı indiki şəraitdə xaricdən Azərbaycana qarşı yönəlmiş informasiya təzyiqində AzTV-nin əks-cəbhə kimi rolu olduqca vacibdir.

Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru):

- Azərbaycan Televiziyasında cüzi də olsa, dəyişiklik hiss edirəm. Müəyyən çalışmalar, cəhdlər var. Ancaq gözləntilərim ondan ibarətdir ki, plüralizm təmin olunsun, televiziya daha cəsarətli olsun. Başa düşürəm, AzTV dövlət televiziyasıdır. Amma yuxarılardan gələn derektivləri olduğu kimi tətbiq etmək olmaz, jurnalist bu işi bildiyi kimi - peşəkar kimi etməlidir. Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil. Televiziyanın fəaliyyəti idarəçilərə də kömək etməlidir - həqiqəti bilmək və doğru qərarlar qəbul etmək baxımından. AzTV-dən növbəti mövsümdə daha cəsarətli və rəngarəng olmağı gözləyirəm.

Hikmət Babaoğlu (Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor):

- Çoxillik, zəngin efir ənənələri olan Azərbaycan Televiziyası son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymağı bacarıb. Bu mərhələ üslub fərqi, yeni yanaşma tərzi, hadisələrə obyektiv təqdim etmə forması ilə və eyni zamanda, informasiya istehlakçısının zövqünü təmin etməklə seçilir. Düşünürəm ki, bu, Azərbaycanın ən böyük auditoriyaya malik olan telekanallarından birinin əldə etdiyi ciddi nailiyyətdir. Azərbaycan Televiziyası istər əyləncə və şou proqramlarında yeni keyfiyyət mərhələsinə keçdi, istərsə də xəbər və analitik veriliş siyasətində xeyli dəyişikliklər əldə edə bildi. Eyni zamanda, bu böyük kollektivin gəncləşməsi prosesini, yeni çağırışlara uyğunlaşmasının şahidi oluruq ki, bütün bunlar tamaşaçının da diqqətindən yayınmır. Əminəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan Televiziyası daha böyük uğurlara imza atacaq.

Jalə Əliyeva (Milli Məclisin deputatı):

- Azərbaycan Televiziyası bu mövsümdə də çox sayda ilklərə imza atdı, böyük bir tamaşaçı auditoriyasını ekran qarşısına cəlb etdi. Azərbaycan Televiziyası bu mövsümdə həm də fədakarlıq nümayiş etdirdi - bütün dünyanı silkələyən COVID-19 pandemiyası şəraitində bu bəladan maksimum az itki ilə çıxmağımız üçün səfərbər olan, atdığı addımlarla vətəndaşın yanında olan Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, günün 24 saatı vətəndaşları məlumatlandırmaq və maarifləndirmək üçün Azərbaycan Televiziyasının bütün komandası ayaq üstdə qaldı, dövlətimizin, xalqımızın yanında oldular. Həkimlərimiz, polislərimiz kimi mətbuatımız, televiziyamız da bu aylarda qəhrəmanlıq göstərdi.

Qulu Məhərrəmli (Media məsələləri üzrə ekspert, professor):

- Televiziya məkanında gedən dinamik proseslər AzTV-də də hiss olunur. Yaxşı haldır ki, efirdə açıq müzakirələr də aparılır. Ancaq bu müzakirələrin sərhədlərinin genişlənməsini, azadlıq və sərbəstliyin artırılmasını arzu edirəm. Nəzərə almaq lazımdır ki, cəmiyyət yarımçıq həqiqəti qəbul etmir. Əlbəttə, AzTV-də inkişaf var, ancaq nöqsanlar da var. Tezliklə televiziyanın bu nöqsanlardan azad olunmasını istərdim.

Rauf Arifoğlu (“Yeni Müsavat” Media Qrupunun rəhbəri):

- Ölkəmiz üçün ağır dönəm sayılan karantin günlərində AzTV mötəbər və dürüst informasiya qaynağına çevrildi, insanlarımızın istinad nöqtələrindən biri olmağı bacardı. Canlı skayp bağlantıları, aktual mövzulara dair açıq müzakirələr, peşəkarlığın ön plana keçirilməsi bu televiziyaya, onun efirinə marağı artırdı. Efirdə əvvəlki kimi monotonluq yoxdur. Ölkənin bütün siyasi spektri, bütün fikir cərəyanlarının təmsilçiləri burada özünü ifadə imkanı əldə edib. Bu, böyük uğur və lazımlı istiqamətdir. Gələcək üçün AzTV-dən canlı yayım konseptindəki verilişlərin sayını artırmağı gözləyirəm. Bir də, cəmiyyətdəki rəy liderlərinin AzTV efirində tez-tez görünməsini, onların iştirakı ilə “açıq oturum”, müzakirə janrında proqramların hazırlanmasını arzulayıram.

Vüqar Zifəroğlu (BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya elmləri üzrə elmlər doktoru):

- Son mövsümdə Azərbaycan Televiziyası həm auditoriyasını genişləndirə bildi, həm də reytinqini yüksəltdi. Televiziyanın yayımladığı bir çox ictimai-siyasi proqramlar trenddə birinci yerdə oldu. Bu, son bir neçə ilin ən yüksək göstəricisi hesab oluna bilər. Ümumiyyətlə, AzTV-dən son dövrlərdə həm peşəkarlıq, həm də keyfiyyət baxımından edilən dəyişikliklər göz qabağındadır. Mənə elə gəlir ki, heç kim bunu mübahisə predmetinə çevrə bilməz. Televiziyanın əməkdaşlarına bu yolda uğurlar arzu edirəm, inanıram ki, gələn mövsümdə də analitik, sosial-siyasi məzmunlu, maraqlı verilişlərin, tok-şouların sayı daha çox olacaq. Televiziyanın başlıca funksiyalarından biri də cəmiyyəti maarifləndirməkdir. Böyük tarixi inkişaf yolu keçmiş, məktəb ənənəsi olan Azərbaycan Televiziyasının rolu bu baxımdan çox böyükdür. Son dövrlərdə bu məzmunda dəyişikliklərin şahidiyik.

Ələsgər Məmmədli (Media məsələləri üzrə ekspert, hüquqşünas)

- AzTV-ni bir media hüququ eksperti olaraq illərdir izləyir, monitorinq edirəm. Televiziyalar hüquqa uyğun, media standartlarına və etikasına ciddi əməl edərək efirdə olmalıdır. Lakin AzTV bu standartları gözləmədən sistemli şəkildə sadəcə rəsmi məlumatları və rəsmi tərəfin təşviqatını efirə verirdi. Cəmiyyətin maraqlarını təmsil edən tərəflərin balanslı iştirakı yox idi. Son dönəmlər bu baxımdan bir dəyişiklik hiss edilir. Aktual məsələlər canlı proqramlarda müzakirəyə çıxarılır və cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərin mövqelərinə də yer verilir. Gözləntim budur ki, AzTV bundan sonra hətta fərqli siyasi tərəflərin də görüşlərinə yer versin və aktual məsələlərdə iqtidara münasibətindən asılı olmayaraq hər görüşə yer ayırsın. Təsisçisi dövlət olsa da, o, bütün cəmiyyətin TV-si olmağa cəhd etsin və olsun.

Osman Gündüz (Azərbaycan İnternet Forumunun prezidenti):

- Əvvəlki dövrlərdə verilişlərdə müşayiət olunan durğunluq ruhu aradan qalxıb. Ən diqqətçəkən məqamlardan biri maraqlı tərəflərin iştirakı ilə canlı verilişlərin təşkili yeni tendensiyadır. Hesab edirəm ki, yeni cəlb olunmuş kadrlar, dinamika AzTV-nin imicini müsbət istiqamətdə xeyli dəyişdirib. Amma əlbəttə, demək olmaz ki, AzTV tam olaraq dəyişib və rəqabətədavamlı, nəhəng informasiya resursuna çevrilib - bu, tez olardı. Arzu edirəm ki, bu televiziya xarici telekanallarla rəqabət apara biləcək səviyyəyə gəlib çatsın. Bu gün dünyada qlobal informasiya savaşı gedir və düşünürəm ki, televiziya öz imkanlarından, ona ayrılan dövlət qayğısından istifadə edərək, rəqabətqabiliyyətli informasiya resursuna çevrilə bilər.

Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti):

- AzTV-də aparılan islahatlar kanalda həm məzmun, həm də vizual baxımdan müsbət keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb. AzTV-nin ictimaiyyət, vətəndaş cəmiyyəti və ekspert icması üçün qapılarını açmasını, daha geniş auditoriyaya xitab etməyə can atmasını yüksək qiymətləndirirəm. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, musiqimiz, teatr sənətimizlə bağlı yeniliklər, keçmiş təcrübə ilə əlaqədar AzTV çox yüksək peşəkarlıqla verilişlər, sənədli filmlər hazırlayır. COVID-19-la mübarizə çərçivəsində kanal maarifləndirmə, əhalinin obyektiv məlumatlandırılması üçün çox çalışır. Yaxın perspektiv üçün izləyicilərə fərqli nöqteyi-nəzərləri əks etdirən fikir mübadiləsi, diskussiyalara daha geniş yer verən talk-şou tipli verilişlər hazırlanmasını zəruri hesab edirəm. Həmçinin xəbər xidmətinin daha geniş spektri əhatə etməsini arzulayıram.

Çingiz Abdullayev (Xalq yazıçısı):

- Son bir ildə hamımız AzTV-də böyük dəyişikliklərin şahidiyik. Telekanala çox maraqlı, təcrübəli, gənc insanlar gəlib. Görürük ki, dəyişməyə çalışırlar və nail olurlar. Arzu edirəm ki, bundan da böyük zirvələrə qalxsınlar. Özüm “Ağ&Qara”nın, “Bakı Nadejda ilə” verilişlərinin qonağı olmuşam. Tezliklə koronavirus problemi yer üzündən yoxa çıxsın, biz də qayıdaq əvvəlki həyatımıza. Proqramlarımızda ürəkaçan mövzulardan danışaq, koronavirus statistikası verməyək.

Günel Anarqızı (yazıçı, “Bakı Kitab Mərkəzi”nin rəhbəri):

- AzTV yaxşılığa doğru dəyişib, son zamanlar daha çox yeniliklər, kreativ yanaşma, ümumilikdə yaradıcı yanaşma qabarıq şəkildə gözə çarpır. Bu, yeni rəhbərin, yeni menecmentin uğurudur. AzTV hələ inkişaf edəcək, müsbət dəyişiklər görəcəyik.

Mənsum İbrahimov (Xalq artisti):

- AzTV ailəmlə birgə oturub rahat şəkildə baxa biləcəyim bir televiziyadır. Təbii ki, hər zaman da milli-mənəvi dəyərlərə yüksək qiymət verən peşəkar komandası var. Yeniliklər də göz qabağındadır. Həm də Bədii Şuranın üzvü kimi deyə bilərəm ki, AzTV gözümüzün qabağında hər gün dəyişməkdədir. Təbii ki, hər şey birdən-birə ideal ola bilməz. Hələlik çatışmayan detallar da var. Karantin dövründə çox operativ çalışmaları xüsusi diqqətə layıqdir.

Nurəddin Mehdixanlı (Xalq artisti):

- Bu gün Azərbaycanımızda ciddi dəyişikliklər, islahatlar baş verir. Bu, təbii ki, Azərbaycanın dövlət olaraq daha da möhkəmlənməsinə xidmət edən islahatlardır. Könül istərdi ki, bunlar davam etsin. Həmin islahatlar, həmçinin Azərbaycan teleməkanında da gedir. O cümlədən də bizim ilk televiziyamızın - AzTV-nin fəaliyyətində də ciddi dəyişikliklər baş verir və bu, bizi sevindirir. Mən bir sənət adamıyam və mənim üçün bu sahədə görülən işlər çox maraqlıdır.

Mehriban Ələkbərzadə (“Yuğ” teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi):

- Düşünürəm ki, son zamanlar Azərbaycan Televiziyası öz böyük və uğurlu dəyişiklikləri, yeni təqdimatları, gündəmin əsas (istər siyasi, istər sosial, istərsə də mədəni) hadisələrinə kreativ baxışları ilə son 10 ildə ilk dəfə diqqəti bu qədər özünə cəm edə bilib. Sanki illərdir baxmağı arzulamadığımız AzTV... Artıq yeni siması ilə tamaşaçısını özünə qaytarır. Azərbaycan Televiziyasına rəhbərliyin gənc və enerjili şəxsə tapşırılması elə dinamik dəyişikliklərdə özünü göstərdi. Çağdaş dünyamıza açılan uğurlu pəncərələr (yeni və zövqlü proqramlar, canlı verilişlər) bu gün ölkə TV kanalları içində həm də xüsusi zövqü ilə seçilir. Xüsusi olaraq pandemiya şəraitində maarifləndirmə işi olduqca təqdirəlayiqdir.

İradə Tuncay (“Ədalət” qəzetinin baş redaktoru):

- AzTV ölkənin bir nömrəli kanalıdır və əsas yükün onun üzərinə düşməyi də təbiidir. Mütləq mənada, əlbəttə ki, dəyişib. Birdən-birə nəyisə dəyişmək, alt-üst edib, dağı dağ üstünə qoymaq olmur və təbii ki, mümkün deyil.

Faiq Ağayev (Xalq artisti):

- Azərbaycan teleməkanının qocaman, ağsaqqal kanalı - doğma AzTV son ildə etdiyi dəyişikliklər ilə məni sonsuz sevindirir. Tamaşaçı sevgisini keyfiyyətli, zövqlü verilişlər ilə halalcasına qazanır. Sükanı belə saxlayın, əziz peşəkarlar! Uğurlarınız hamımızın nailiyyətidir, biz birlikdə güclüyük!

Hacı Şahin (Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı):

- AzTV hər zaman bir məktəb, nümunə olub. Televiziyamızın ən peşəkar təmsilçiləri, əsasən, bu məktəbin yetirmələridir. Son bir ildə isə dövlət kanalındakı dəyişikliklər, yeni format və yeni layihələr tamaşaçı zövqünü oxşayır. Şəxsən özüm də AzTV-də yayımlanan bir neçə verilişi sevə-sevə izləyir və yeni buraxılışı gözləyirəm. Gənc kadrlar yaşlı televiziya ustadlarının layiqli xələfləri olduğunu sübut etdilər. Ümid edirəm ki, ölkənin bir nömrəli kanalı heç vaxt reytinqə qaçmayacaq, tamaşaçıda yüksək zövq formalaşdıracaq, hər zaman peşəkarlıq və yaradıcılığın etalonu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO