AZƏRBAYCAN TENNİSÇİLƏRİ LATVİYADA TƏLİM-MƏŞQ TOPLANIŞLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı,11 iyul (AZƏRTAC). Azərbaycanın stolüstü tennis üzrə kişilərdən və qadınlardan ibarət yığma komandası iyulun 22-dən 30-dək Latviyanın Drusti şəhərində beynəlxalq təlim-məşq toplanışlarında iştirak edəcəkdir.
Milli komandanı toplanışlarda yığmanın baş məşqçisi Aleksandr Zudov müşayiət edəcəkdir. Drusti şəhərinə Ramil Cəfərov, Əli Bayramov, Nəriman Abdullayev, Səbinə Əhmədova, Billurə Eminova, Rüfət Quliyeva və Zərif Əliyeva gedəcəklər.
Bir həftəlik toplanışdan sonra tennisçilər üçgünlük beynəlxalq turnirdə iştirak edəcəklər. Azərbaycan, Latviya, Rusiya, Estoniya, Özbəkistan yığma komandalarının mübarizə aparacaqları yarışlarda qaliblər şəxsi və komanda hesabında müəyyən olunacaqlar.
Beynəlxalq turnir sentyabrın 13-dən 20-dək Ştutqartda (Almaniya) keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]