AZƏRBAYCAN TENNİSÇİLƏRİ TƏLİM-MƏŞQ TOPLANTISINDA VƏ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 11 iyul (AZƏRTAC). Avqustun 2-dən 9-dək Budapeştin şəhərətrafı bölgəsində 1997-1998-ci il təvəllüdlü mini-kadetlər arasında stolüstü tennis üzrə təlim-məşq toplantısı keçiriləcəkdir. Toplantı uşaqlar arasında stolüstü tennis idmanını inkişaf etdirmək məqsədi ilə keçirilir.
Azərbaycanlı gənc tennisçilər Məryəm İmanova, Emin Abdullayev, Hilal Həsənov və Sənan Əliyev həmin toplantıda məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcəklər.
Təlim-məşq toplantısı başa çatdıqdan sonra Avropa Stolüstü Tennis İttifaqının himayəsi ilə elə oradaca həmin toplantının ən yaxşı iştirakçıları arasında beynəlxalq turnir keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]