Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin əməkdaşları Sumqayıt Texnologiyalar Parkının (STP) Təlim və ixtisasartırma şöbəsinin müdiri İradə Mikayılova ilə işgüzar görüş keçirib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə yeni təcrübə proqramlarının təşkili və əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib. Qeyd olunub ki, AzTU məzunlarının STP-də işlə təmin olunmasında geniş perspektivlər mövcuddur.
Son 2 ildə qarşılıqlı razılaşma əsasında AzTU-nun tələbələri STP-nin zavodlarında təcrübə proqramlarında iştirak ediblər. Bu baxımdan universitetin 70-dən çox məzunu hazırda STP-də fəaliyyətini davam etdirir.
Görüşdən sonra qonaqlar STP-də işləyən AzTU məzunlarının iş prosesini izləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]