Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələri genişlənir
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Cənubi Afrika Respublikasına səfəri çərçivəsində ölkənin öncül turizm profilli ali təhsil müəssisələrin rəhbərləri ilə görüşmüşdür.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Val Texnoloji və Şimal-Qərb universitetlərinin nümayəndələri ilə görüşdə turizm sahəsində kadr hazırlığına dair əməkdaşlıq məsələləri müzakirə edilmiş, mobillik, tədqiqat sahəsində əlaqələrin yaradılması barədə ilkin razılığa gəlinmişdir.
Səfərin ikinci günündə rektor Keyp Yarımadası Texnoloji Universiteti, Nelson Mandela Metropolitan Universiteti nümayəndələri ilə videokonfrans formatında fikir mübadiləsi aparmışdır. Pretoria Universiteti nümayəndələri ilə görüşdə əlaqələrin əməkdaşlıq səviyyəsinə çatdırılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]