Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə münasibətlərinin siyasi və sosial inkişaf dinamikası - Təhlil

Azərbaycan-Türkiyə münasibətlərinin siyasi və sosial inkişaf dinamikası -  Təhlil

Bakı, 3 may, AZƏRTAC

Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi xarici siyasət kursunun, xüsusən də Türkiyə ilə siyasi və sosial münasibətlərinin qurulması və inkişafı probleminin elmi-nəzəri cəhətdən araşdırılması, bu sahədə həyata keçirilən tədbirlərin, onların nəticələrinin ümumiləşdirilməsi, obyektiv qiymətləndirilməsi mühüm elmi-praktik əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan özünün geostrateji mövqeyinə görə tarix boyu bir çox böyük dövlətlərin maraqlarının toqquşduğu siyasət meydanına çevrilib. Belə mürəkkəb, mənafelərin toqquşduğu ziddiyyətlər meydanı olan Azərbaycan, xüsusən də müstəqilliyinin ilk illərində xarici siyasət fəaliyyətində son dərəcə diqqətli olmaq zərurətdə qalıb. Müstəqilliyin bərpasından əvvəlki illərdə Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyə dövləti ilə hər hansı formada yaxınlaşmaq cəhdi, onun xarici siyasətinin dini, etnik təəssübkeşlik prinsipləri əsasında həyata keçirilməsi və bu əməkdaşlığın “pantürkizmə”, “panturanizmə” meylli olması haqqında ittihamlarla müşayiət olunurdu.

Azərbaycan Türkiyə ilə həm qonşu, həm də tarixi irs, kökən, din, dil, adət-ənənə və mədəni cəhətdən yaxın iki xalqdır. Hər iki dövlət mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri ilə qırılmaz surətdə bağlı olan bəzi amillərlə şərtlənir. Etnik, tarixi, milli-mənəvi və ictimai-siyasi təməllərə söykənən bu qardaşlıq bağları çox qədim və zəngin ənənə üzərində qurulub. Tarixin müxtəlif dövrlərində yaxınlıq münasibətləri və qurulan əlaqələrin inkişaf dinamikası nəticəsində bu iki xalq haqqında “Bir millət, iki dövlət” ifadəsi artıq daha çox istifadə edilməyə başladı, azərbaycanlılar da Türkiyənin siyasi və ictimai həyatında fəallıq göstərdilər. Azərbaycan və Anadolu türkləri əsrlər boyu bir-biri ilə sıx əlaqədə olub, bir-birinə kömək edib, arxa durublar. Məhz buna görə, heç də təsadüfü deyil ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri tarixin ayrı-ayrı mərhələlərində Türkiyədə fəaliyyət göstərib, orada öz istedadlarını tamamilə büruzə veriblər. Həm Türkiyə, həm də Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Onların hamısı iki ölkə arasındakı dostluğun, qardaşlığın böyük tarixidir, rəmzidir. Bundan əlavə, qardaş ölkənin ictimai-siyasi, mədəni həyatına müsbət təsir göstərməklə yanaşı, həm də Türkiyə ictimaiyyətində Azərbaycan haqqında obyektiv fikir yaradılmasında əvəzsiz xidmət göstəriblər. Mühacirlər tərəfindən “Azərbaycan”, “Azərbaycan Yurt Bilgisi”, “Azəri Türk”, “Odlu Yurt” adlı jurnallar nəşr edilmişdi. Türkiyədə yaşayan azərbaycanlılar da qardaş ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin “Azərbaycan-Türkiyə münasibətlərinin siyasi və sosial inkişaf dinamikası” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qeyd olunub ki, Türkiyədəki milli mübarizənin müxtəlif cəbhələrində də xeyli azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət edib. Bunların önəmli bir qismi, İstiqlal Savaşından sonra da orduda qalıb və müxtəlif üst rütbələrə qədər yüksəliblər. Bunların arasında Albay Səməd (Sayqın), Albay Yusif Xəzərli, Topçu Albay Mehmed Akpolat, Topçu Albay Aslan Berkan, Albay Salih Aksoy, süvari Albay Firidun Daryal, hava General Cihangir Berker, hava General Hüseyin Turgut ilk anda sayıla biləcək onlarca isimlərdən bəziləridir. Azərbaycan milli ordusunun dağılması ilə Türkiyəyə gələrək Qurtuluş Savaşına qatılan azərbaycanlı zabitlərlə birlikdə milli mübarizə dönəmində Azərbaycanlı zabitlərdən ibarət kiçik bir qrup da vardır. Bunlar Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı İmperiyası arasında bağlanmış olan hərbi müqavilə əsasında İstanbulda təlim görən zabitlər idi. Onlar da təlimlərini tamamladıqdan sonra türk ordusuna qatılaraq ən yüksək rütbələrə qədər yüksəliblər. Bunların arasında ordu generalı Mahmud Berköz ilə Jandarma Baş Komutanlığında (Daxili Qoşunlar Komandanlığı) olan ordu generalı Nuri Berközü, bir dönəm Qars millət vəkili olan Kurmay Albay Hüsamettin Topaçı yad edə bilərik.

Bununla belə, ümumilikdə XX əsrin 90-cı illəri təkcə Azərbaycan üçün deyil, bütünlükdə Türkiyə üçün də əlamətdar hesab edilə bilər. Belə ki, XX əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdi. 1990-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş türk dövlətinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik qazanması ilə türk dünyasında gözə çarpacaq bir canlanma başlandı. Bu mənada XX əsrin sonları Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə çoxcəhətli əlaqələrin qurulduğu dövrdür. Bu qarşılıqlı yaxınlaşma dünyada və xüsusən də, Avropada gedən inteqrasiya prosesləri ilə üst-üstə düşür və iki dövlətin həyati mənafeyindən doğduğuna görə getdikcə daha çox aktuallıq kəsb edir. Lakin göstərilən dövrdə, bəzən isə hazırkı dövrə qədər dünya dövlətlərinin Azərbaycanda baş verən hadisələrə münasibəti birmənalı olmadığı üçün, dövlətlərimiz arasındakı əlaqələrə bir qədər ehtiyatla yanaşılmışdır. Bu yanaşma təkcə siyasi dairələrdə, rəsmi səviyyədə deyil, həmçinin elmi araşdırmalarda, azərbaycanlıların müəyyən rəsmi qurum və sektorlarda fəaliyyətində də özünü göstərib.

Bildirilib ki, Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahibdir. Ölkədə hər bir sahənin inkişaf yolunda olduğu hiss olunur. Bütün bunların memarı kimi Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tanınır. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasət Azərbaycan Prezidenti İlham Əliyev rəhbərliyi nəticəsində Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri ilə birlikdə 2018-ci il oktyabrın 19-da törəmə şirkət olan “SOCAR Türkiyə” tərəfindən uğurla davam etdirilib. İzmir şəhərinin Aliağa rayonunda real sektorun 6,3 milyard dollarlıq sərmayə ilə ən böyük layihəsi olan “Star” neft emalı zavodu, “Petkim” külək elektrik stansiyası, “Petlim” konteyner limanı və Aliağa Baş Qərargah binasının açılışı və Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Avropa bağlantısı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib.

Regionda maraqları toqquşan dövlətlərin alimləri, dövlət, siyasət və mədəniyyət xadimləri arasında hadisələrə obyektiv, qərəzsiz yanaşma ilə bərabər, bəzən qərəzli, obyektivlikdən uzaq araşdırmalara da rast gəlinir. Belə ki, Azərbaycanın dil, mənəvi, tarixi, mədəni və siyasi cəhətdən sıx tellərlə bağlı olduğu Türkiyə və türk dövlətləri ilə hər hansı formada yaxınlaşmaq cəhdinə həqiqətə və məntiqə uyğun gəlməyən mənalar verilir. Dünyanın eyni kökdən olan xalqları üçün tamamilə təbii sayılan münasibətləri Azərbaycan-Türkiyə mədəni əlaqələri üçün arzuolunmaz hesab edilirdi. Bu mənada hər iki ölkə mədəni əlaqələrinin araşdırılması siyasi və ideoloji cəhətdən, siyasi-diplomatik münasibətlərin yeni və daha doğma bir mərhələsinə yol açmaq baxımından da əhəmiyyətlidir. Mədəni əlaqələrimizin öyrənilməsi xalqlarımız arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəlir. Tarix göstərir ki, Azərbaycanın azadlıq və istiqlaliyyəti Türkiyə və türk xalqları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və sair dövlətlərlə siyasi-mədəni-tarixi əlaqələr kontekstində mövcuddur. Belə ki, güclü siyasi və mədəni münasibətlərin qurulması ideyası Türkiyə və region dövlətləri ilə sıx mədəni əlaqələr bizim müasirləşməyimizə, dünya dəyərlərini mənimsəməyimizə, dünyanın qabaqcıl millətləri sırasında, demokratik, maariflənmiş, müasir bir cəmiyyət kimi tanınmağımıza yardım etməlidir. Türkiyədəki azərbaycanlılar, mədəni və dil yaxınlığına görə türk cəmiyyətinə yaxşı inteqrasiya edilmiş olaraq qəbul edilməkdədir. 1990-cı ildən bu günə qədər Türkiyə universitetlərində 100 mindən dən çox azərbaycanlı təhsil alıb.

Azərbaycan bu gün öz ana dilinin hakim olduğu çətin coğrafiyada tarixin heç bir dövründə olmadığı qədər müstəqil və yerləşdiyi regionun ən güclü dövlətidir. Dövlət gücləndikcə onun ana dili, mədəniyyəti və milli dəyərləri də daim yüksəlir. Ordumuz siyasi-iqtisadi potensialımızı, müstəqilliyimizi qorumaq və işğaldakı Qarabağın azadlığını təmin etmək prinsipi üzərində qurulmuşdu. Dünya xalqlarının hər birində olduğu kimi, Azərbaycan xalqında da kökünə, soyuna, ilkin maddi-mənəvi dəyərlərinə qayıdış meyli son zamanlar daha da güclənib. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün sürən Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi milli-mənəvi dəyərləri daha da möhkəmlətdi. Bu müharibə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Hakimiyyət, xalq və ordu bu sınaqdan böyük uğurla çıxaraq tarixə şanlı günlər və səhifələr yazdırdı. Türkiyə bu mübarizədə hər zaman siyasi və mənəvi dəstəyi ilə hər zaman Azərbaycanın yanında oldu.

2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, Türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdı.

Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Xalqın ruhunun, milli mənəviyyatın bütün ifadə çalarlarını və xüsusiyyətlərini qoruyub saxlayan milli-mənəvi dəyərlər bu qayıdışa rəvac verən sönməz idrak, solmaz təfəkkür, orijinal dünya duyumudur. Azərbaycan xalqlarının vahid kökə, ortaq mədəniyyətə söykənən bu irsinə müxtəlif coğrafi məkanlar kontekstində baxılsa, görünür ki, Türkiyə və Azərbaycan ilə uzun illər olan yaxın münasibətlərdə də bu qövmün milli-mənəvi dəyərləri bölünməyib, tarixi sınaqlarda bütövlüyünü qoruyub. Tarixin müxtəlif dövrlərində ideoloji aşınmalara, siyasi rejimlərin basqısına məruz qalan Azərbaycan xalqı mənən məğlub olmayıb, öz etnik-mədəni sistemini qoruyub saxlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub