Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan üçün Fəal Yaşlanma İndeksi Avropa İttifaqı ölkələrində olduğu kimi tərtib edilib

Azərbaycan üçün Fəal Yaşlanma İndeksi Avropa İttifaqı ölkələrində olduğu kimi tərtib edilib

Bakı, 30 dekabr, AZƏRTAC

Sosial siyasət təhlilçisi və əhalinin yaşlanması üzrə ekspert, Böyük Britaniyanın Oksford Universitetinin Əhalinin Yaşlanması Oksford İnstitutunun tədqiqatçısı və Pakistanın Lahor Hökumət Kolleci Universitetinin vitse-kansleri Asgar Zaidinin AZƏRTAC-a müsahibəsi

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsinin əsas məqsədlərindən biri yaşlı insanların fəal və sağlam yaşlanma qabiliyyətini qiymətləndirmək və ölçmək üçün Fəal Yaşlanma İndeksinin (FYİ) tərtib edilməsidir. 2019-cu ildə biz ilk dəfə görüşəndə FYİ-nin hazırlanması prosesi başlamaq üzrə idi. Layihənin tezliklə başa çatacağını nəzərə alaraq, FYİ-nin hazırlanması və tətbiqi barədə bizə məlumat vermənizi xahiş edirəm.

- 2019-cu ildə bu təşəbbüsə Fəal Yaşlanma İndeksinin yaşlı insanların sosial rifahının, daha dəqiq desək, fəal yaşlanma vasitəsilə sosial rifahının yaxşılaşdırılması sahəsində siyasətin formalaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müvafiq statistik məlumatları təmin etmək üçün böyük potensiala malik olacağı fikri ilə başladıq. Mən çox şadam ki, ƏƏSMN və BMT-nin Əhali Fondu ilə birgə biz Azərbaycanın yaşlı əhalisinin gələcəyi üçün yaşlanma strategiyasının işlənib hazırlanacağına dair dəlillər təqdim edən Fəal Yaşlanma İndeksini yarada bilmişik. Bu baxımdan həqiqətən vacib olan odur ki, Azərbaycan üçün Fəal Yaşlanma İndeksi Avropa İttifaqı (Aİ) ölkələrində olduğu kimi tərtib edilib. Beləliklə, biz Avropa ölkələrinin göstəricilərini və Fəal Yaşlanma İndeksini Azərbaycandakı göstəricilərlə müqayisə edə bilirik və bu müqayisənin köməyi ilə həm də Avropa ölkələrinin izlədiyi fəal yaşlanma ilə bağlı siyasətləri müqayisə edə bilirik və görürük ki, Azərbaycan nə dərəcədə Aİ-nin müvafiq siyasətlərindən və fəal yaşlanma strategiyalarından bəhrələnə bilər.

- Azərbaycanda FYİ-nin hazırlanması ilə hansı dövlət qurumları məşğul olub?

- Sevindirici haldır ki, bu layihədə Azərbaycan hökumətinin bir sıra qurumları bir araya gəlib. Liderliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edib, eyni zamanda, Dövlət Statistika Komitəsi və Sosial Tədqiqatlar Mərkəzi də fəal tərəfdaşlar olublar. Onlar nəinki tələb olunan məlumatları təqdim ediblər, həm də Azərbaycan üçün Fəal Yaşlanma İndeksinin metodları və nəticələri ilə bağlı rəy bildiriblər. Bu mənada qeyd etməliyəm ki, Sosial Tədqiqatlar Mərkəzinin gördüyü iş çox mühüm olub. Belə ki, biz onlarla birgə sorğu anketi tərtib etdik və mərkəz 55-74 yaş arası təxminən 2000 yaşlı insan arasında sorğu keçirdi. Həmin sorğunun sayəsində hazırda bizim Fəal Yaşlanma İndeksində istifadə etdiyimiz və bu qrup əhalinin fəal yaşlanma təcrübələri ilə bağlı əlavə təhlil üçün istifadə edilə bilən bir çox məlumatımız mövcuddur.

FYİ üzrə təlim seminarında, həmçinin İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi və digər tərəfdaşlar da iştirak etdilər. Təlimdə sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərən iki qurumun - “ASAN xidmət”in və DOST Agentliyinin də iştirak etməsi məni çox sevindirdi. Fəal yaşlanma çoxşaxəli anlayış olduğundan, bütün sadalanan maraqlı tərəflərin bir araya gəlməsi və Azərbaycanda yaşlı insanların rifahının yaxşılaşdırılması üçün zəruri olan işləri həyata keçirməsi olduqca vacibdir.

- Araşdırmalarınıza əsasən, Azərbaycanda əhalinin yaşlanması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Yaşlı nəsil kifayət qədər əmək fəaliyyəti və ictimai işlərlə məşğuldurmu?

- Yaşlı insanların nəvələrinə, digər yaşlı ailə üzvlərinə qayğısı ilə ölçülən sosial iştirak səviyyəsinə görə Azərbaycan Avropanın ən yaxşı nəticələr göstərən ölkələrindən biridir. Azərbaycan ailə təmayüllü cəmiyyəti olan ölkədir, ona görə də biz görürük ki, Azərbaycanda nəvələrə və ailənin digər yaşlı üzvlərinə qayğı göstərilməsi sosial iştirakçılıq baxımından çox yaxşı həyata keçirilir. Lakin yaşlı insanların məşğulluq səviyyəsi ilə bağlı Azərbaycanda vəziyyətin bir qədər təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan, yaşlı işçi qüvvəsinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı digər Avropa ölkələrində qəbul edilmiş əmək siyasəti sistematik şəkildə nəzərdən keçirilməlidir.

- Bir müddət öncə siz Fəal Yaşlanma İndeksi üzrə hesabatı təqdim etdiniz. İndeksdən istifadə ilə bağlı aidiyyəti qurumlar üçün hər hansı təlim keçiriləcəkmi?

- Təlim müxtəlif səviyyələrdə ola bilər. Bu gün biz Azərbaycanın Fəal Yaşlanma İndeksi və ərsəyə gətirdiyimiz məlumatların istifadəsini təşviq etmək üçün əsas maraqlı tərəflərə təlimlər keçirik. Bu indeksdən istifadə etməklə biz onlara Fəal Yaşlanma İndeksinin məlumatlarının müvafiq siyasətin formalaşması üçün hansı fikirləri meydana gətirdiyini anlamağa kömək edirik.

Hesab edirəm ki, təlim keçdiyimiz qurumların nümayəndələri Azərbaycan üçün belə bir indeksin hazırlandığından məmnundurlar. Lakin müvafiq siyasətin formalaşdırılması və həyata keçirilməsi uzun bir prosesdir - və bu təkcə təlim deyil, həm də aidiyyəti qurumların potensialının gücləndirilməsi prosesidir.

- Fəal Yaşlanma İndeksinin ölkəmiz və dövlətimiz üçün hansı faydaları var?

- Fəal Yaşlanma İndeksinin başlıca faydası dəlillərə əsaslanan siyasətin qurulması mədəniyyətini yaratmaq, bu siyasətləri tərtib edən məsul qurum və şəxslərin dəlilləri nəzərdən keçirməklə daha sonra yeni siyasətlər formalaşdırmasına kömək etməkdir. Hesab edirəm ki, Fəal Yaşlanma İndeksi bizə daha yaxşı siyasətlər hazırlaya biləcəyimiz bir alət təqdim edir. Eyni zamanda, bilmək lazımdır ki, Fəal Yaşlanma İndeksi sadəcə alətlər dəstidir və ən uyğun siyasətləri hazırlamaq üçün bu alətdən, eləcə də digər məlumatlardan istifadə edərək daha çox iş görməliyik.

- Azərbaycan üçün tövsiyələriniz nə olacaq?

- Başlıca olaraq onu qeyd edim ki, fəal yaşlanma çoxşaxəli bir anlayışdır və onun təkmilləşdirilməsi təkcə bir nazirliyin məsuliyyəti deyil. Bu işin yerinə yetirilməsi təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərində deyil, müxtəlif nazirliklər, eləcə də müxtəlif maraqlı tərəflər arasında tərəfdaşlıq olmalıdır, eyni zamanda, bu qurumlar vətəndaş cəmiyyəti ilə də əməkdaşlıq etməlidir. Ona görə də mənim tövsiyəm ondan ibarətdir ki, Azərbaycanda müxtəlif nazirliklərin nümayəndələrinin, vətəndaş cəmiyyətinin, yaşlıların özlərinin təmsil olunduğu, tərkibində bir sıra digər qurumların, BMT-nin Əhali Fondu kimi beynəlxalq təşkilatların təmsilçiliyinin ola biləcəyi Mərkəzi Fəal Yaşlanma Komitəsi formalaşdırılsın. Daha sonra isə Fəal Yaşlanma Komitəsi hansı siyasətlərə riayət edilməli və müxtəlif nazirliklərdə hansı siyasət islahatlarının aparılmalı olduğunu müəyyən etməlidir. Əgər belə bir komitə yaradılmasa, nazirliklərin təkbaşına fəal yaşlanmanı təşviq etmək üçün tələb olunan uyğun siyasətləri inkişaf etdirə bilməyəcəkləri riski meydana çıxa bilər.

- Hələ 2019-cu ildə verdiyiniz ilk müsahibənizdə bildirmişdiniz ki, Azərbaycan Cənubi Qafqazda Fəal Yaşlanma İndeksinin yaradılmasında maraq ifadə etmiş ilk ölkədir. Regiondakı digər ölkələrin buna marağı varmı?

- BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi bir çox cəhətdən digər Qafqaz və MDB ölkələri üçün yeni tendensiya yaradır. Belə ki, Azərbaycan müvafiq siyasətin formalaşmasında dəlillərdən istifadə etməyin necə effektiv və faydalı olması ilə bağlı mühüm təcrübə ortaya qoymaqdadır.

Həm də müvafiq siyasət ilə bağlı narahatlıq doğuran məsələdir ki, bu regionda olan ölkələrdə əhalinin yaşlanması çox sürətlə artan bir prosesdir. Ona görə də bu gün biz görürük ki, Azərbaycanda yaşlı insanların xüsusi çəkisi 2020-ci ildəki 12 faizdən 2050-ci ildə 25 faizə çatacaq. Fəal Yaşlanma İndeksi vasitəsilə siz fəal yaşlanma prosesini təşviq etmiş olursunuz, belə ki, fəal yaşlanma əhalinin yaşlanması prosesinin müsbət bir yoludur. Belə bir hesabatı hazırlamaqla Azərbaycan həm də Cənubi Qafqaz və MDB ölkələri üçün yaxşı bir nümunə ortaya qoyur ki, həmin ölkələr də öz fəal yaşlanma indekslərini yaratsın və Azərbaycan və digər Avropa ölkələri ilə müqayisəli şəkildə bu indeksə xas olan dəlillərdən istifadə etməklə öz müvafiq siyasət islahatlarını həyata keçirsin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir